Azərbaycan yığmasının taleyi öz əlində deyil
23.09.2009 - 13:59
19 yaşadək qızlar arasında Avropa çempionatının I seçmə mərhələsinə sabah yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, X seçmə qrupda mübarizə aparan Azərbaycan yığmasının da taleyinə son turun oyunu aydınlıq gətirəcək.
Aşkar autsayder Kiprlə qarşılaşacaq Şamil Heydərovun yetirmələrinin taleyi heç də öz əlində deyil. İspaniyaya 0:2 hesabı ilə uduzub, Ukraynanı minimal hesabla məğlub edən millimiz qalib gəlməklə yanaşı, pireneylilərin uduzmamağına ümid etməlidir. Əks halda, 2 deyil, 3 komandanın öz aralarındakı şəxsi oyunlar hesablanmalı olacaq ki, bu da yığmamız üçün o qədər də arzulanan deyil.
Ukraynanın İspaniyanı, millimizin Kipri yenəcəyi halda Heydərovun yetirmələri üçüncü pillədə qərarlaşacaq. Buna yalnız ispanların 4 və ya daha çox top fərqi ilə uduzması əngəl ola bilər. Həm Ukrayna, həm yığmamızın uduzacağı və Kipr də daxil olmaqla bu “üçlüy”ün eyni xala malik olacağı halda da, ikinci pillə bizimkilərin olmayacaq. Bir sözlə yığmamızın ən azı ikinci olmaqla mərhələ adlaması üçün Ukrayna və Kiprin hər ikisinin son turda heç-heçə, yoxsa məğlubiyyət almasından asılı olmayaraq, qələbəyə həsrət qalması zəruridir. Üçüncü olacağı təqdirdə isə ən yaxşı qrup üçüncüləri sırasına düşüb-düşmədiyini bilmək üçün hesablamaların nəticəsini gözləməli olacaq.
Kipr – Azərbaycan
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 16.00
Baş hakim: Suzanna Kovaçova
Hakim köməkçiləri: Lenka Frontova (hər ikisi Slovakiya), Kinqa Senyuk, Emiliya Vnuk (hər ikisi Polşa)
UEFA nümayəndəsi və hakim-inspektor: Volf-Günter Visel (Almaniya)
Ukrayna – İspaniya
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. Saat 16.00
Baş hakim: Katalin Kulçar
Hakim köməkçiləri: Katalin Emese Torok (hər ikisi Macarıstan), Ülviyyə Mustafayeva, Səbayel Qurbanova (hər ikisi Azərbaycan)
UEFA nümayəndəsi və hakim-inspektor: Anders Mattsson (Finlandiya)

1 | İspaniya | 2 | 2 | 0 | 0 | 6-1 | 6 |
2 | Azərbaycan | 2 | 1 | 0 | 1 | 1-2 | 3 |
3 | Ukrayna | 2 | 1 | 0 | 1 | 2-1 | 3 |
4 | Kipr | 2 | 0 | 0 | 2 | 1-6 | 0 |

0
0