Xanımı Françesko Tottini milli komandaya qaytarır
23.09.2009 - 14:54
Xanımı Françesko Tottini milli komandaya qaytarır
İtalyan futbolçu Françesko Tottinin xanımı İlari Blazi həyat yoldaşını milli komandaya qaytarır. Apasport.az saytının məlumatına görə, sarışın gözəlçə “Roma” klubunun kapitanı olan ərinin yenidən İtaliya yığmasında çıxış etməsini arzulayır.

İtalyanların gələn il Cənubi Afrika Respublikasında (CAR) keçiriləcək dünya çempionatına çıxmaq şansı yüksəkdir. 33 yaşlı Totti 2006-cı ildə yığma ilə birgə son dünya çempionatının qalibi olandan sonra orada karyerasını bitirdi. Ancaq Blazi həyat yoldaşının CAR-də keçiriləcək mötəbər turnirdə çıxış etməsini arzulayır: “Mən Tottinin yığmaya qayıtmasını istərdim. Biz bu haqda danışmışıq. Ona dünya çempionatında oynamağını istədiyimi demişəm. Ümumiyyətlə, mən futbolu izləmirəm. Ancaq yığma komanda məni narahat edir. Bundan əlavə, dünya çempionatı CAR-da keçiriləcək. Əlbəttə, mən ora getmək istərdim. Bəlkə də buna görə Françeskonun yığmaya qoşulmasını istəyirəm. Bu halda, həyat yoldaşımı az görəcəyəm. Ancaq bu, problem deyil. Biz artıq 7 ildir bir yerdəyik və daim görüşürük”.
0