Dobrovolski Azərbaycandan üç futbolçu çağırdı
23.09.2009 - 15:03
Moldova yığmasının baş məşqçisi İqor Dobrovolski Azərbaycanda oynayan üç futbolçunu yanına çağırıb. Apasport.az saytının məlumatına görə, 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində İsrail və Latviya ilə səfərdə keçiriləcək rəsmi oyunlara heyəti açıqlayan Dobrovolski müdafiəçilər Aleksey Savinov (“Bakı”), Sergey Laşenkov (“Olimpik-Şüvəlan”) və hücumçu Denis Kalinkova (“Xəzər-Lənkəran”) dəvət göndərib.
Laşenkov Moldova yığmasının kapitanıdır, Savinovla Kalinkov da əsas heyət oyunçuları sayılır. Dobrovolski ötən mövsümün ikinci dövrəsində “Qəbələ”də oynayan, hazırda isə Ukraynanın “Obolon” klubunda çıxış edən yarımmüdafiəçi Viktor Komlyonoka da siyahıda yer verib.
Qeyd edək ki, Moldova oktyabrın 10-da Təl-Əviv, bundan 4 gün sonra Riqada meydana çıxacaq.

0
0