Sadıqov: Bizə nəticə qazanmaq lazımdır
23.09.2009 - 16:44
“Komandamızda vəziyyət normaldır. Rəhbərlikdə olan dəyişikliyin bizə təsiri yoxdur. Bildiyimə görə, Tahir Süleymanov öz xahişi ilə gedib”. Bu fikirləri apasport.az saytına açıqlamasında Tovuzun “Turan” klubunun baş məşqçisi Nizami Sadıqov deyib. Cari mövsümdən komandanın sükanı arxasına qayıdan 42 yaşlı mütəxəssis narahatçılığa əsas görmür: “Elə də böyük problemimiz yoxdur. Hər şey qaydasındadır. Başımızı aşağı salıb, işimizi görür, məşqlərimizi davam etdiririk. Rəhbərlikdə hər hansı dəyişiklik baş verərsə, bu, bizə aid olmayan məsələdir. Yəni, bizim işimiz komandanı hazırlaşdırmaqdır”.
“Turan”ın cari mövsümdə uğurlu çıxışına böyük ümidlər bəslənilsə də, bu, hələ ki gerçəkləşmir. Keçirdiyi 4 oyundan sonra hesabında 1 xal olan Tovuz təmsilçisi axırdan əvvəlki pillədə qərarlaşıb. Ancaq Sadıqov ruh düşkünlüyündə olmadıqlarını bildirib: “Futbolçularımız ruhdan düşməyiblər. Sadəcə, ruh yüksəkliyinin yaranması üçün nəticə qazanmağımız lazımdır. Əziyyət çəkib komandanı hazırlaşdırırıq və bunun nəticəsini görmək istəyirik. Ümidvarıq ki, növbəti turda “Olimpik-Şüvəlan”la səfər oyunu bu baxımdan dönüş nöqtəsi olacaq. Heyətlə bağlı itkilərimiz yoxdur. Yalnız yüngül zədəsi olan futbolçular var”.
“Altılığa” düşmək iddialarından əl çəkməyən “Turan”ın baş məşqçisi mövsüm yeni başladığını ön plana çəkir: “Əsas mübarizə hələ qabaqdadır. Cəmi 4 tur oynanılıb və buna əsasən qəti fikir yürütmək düzgün olmazdı. Fikir verin, aparıcı komandalar nə qədər xal itirib. Aydın məsələdir ki, mövsümə hazırlığa gec başlamağımız, heyəti tam komplektləşdirə bilməməyimiz indi öz fəsadlarını göstərir. Heyətimizə olan çatışmazlıqları, bəzi mövqelərdə boşluqları aradan qaldırmağa çalışırıq. Qışa kimi bu heyətlə oynayacaq və həmin vaxt əlavə transferlər edəcəyik”.

0
0