AFFA-nın FİFA-ya göndərdiyi hakimlərin adları açıqlandı
23.09.2009 - 23:00
AFFA beynəlxalq dərəcəli hakimlərlə bağlı FİFA-ya göndərəcəyi siyahını müəyyənləşdirib. Bu barədə apasport.az saytına Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib. O, namizədlərlə bağlı siyahıda yeni adların olduğu bildirib. Əsas diqqəti çəkən cəzalı Babək Quliyevi FİFA referisi kimi əvəzləyəcək şəxslə bağlı idi ki, Məmmədov buna aydınlıq gətirib: “Quliyevin əvəzinə 29 yaşlı Anar Salmanovun adını göndərməyi qərara aldıq. Ötən mövsümün yekununa əsasən onun reytinqi yüksəkdir. Anar gənc, perspektivli hakimdir, ingilis dilini bilir, bunun daha yaxşı olması üzərində çalışır. Bütün bunları nəzərə alaraq, onun namizədliyi üzərində dayandıq. FİFA hakimlərinə digər namizədlərimiz əvvəlkilərdir: 39 yaşlı Vüsal Əliyevlə, 37 yaşlı Fariz Yusifov”.
FİFA hakim-köməkçiləri ilə bağlı siyahıda dəyişiklik daha çoxdur. Belə ki, 6 laynsmandan yarısı yeni adlardır: “Bunlar 1972-ci il təvəllüdlü Vaqif Musayev, 1981-ci il təvəllüdlü Mübariz Haşımov və 1983-cü il təvəllüdlü Samir Hacıyevdir. FİFA adları təsdiqlənmək üçün göndərilən hakimlərin yaxşı fiziki göstəricilərə malik, ucaboylu olmasına da diqqət yetirir. Misal üçün, Mübariz 1,87 metr boya malikdir. Bu dəfə hakimlərlə bağlı bizim üçün əsas prioritet ingilis dilini yaxşı bilmək idi. 1966-cı il təvəllüdlülər Aydın Ələkbərovla İlham Əliyevin bu planda çatışmazlıqları vardı. Hərçənd, son il yarımda bunu aradan qaldırmağı, onlara ingilis dili ilə bağlı öz tövsiyəmi çatdırmışdım. Ancaq bu planda vəziyyət qənaətbəxş olmadı və Ələkbərovla Əliyevlə həm də yaşlarının çoxluğunu nəzərə alaraq onların adlarını bu dəfə göndərmədik. Əsədovun isə bu il 45 yaşı tamam olub və qaydalara görə, onun beynəlxalq karyerası artıq başa çatıb”.
Xatırladaq ki, Elman Musayev (1970), Mehman Mahmudov (1975) və Orxan Məmmədov (1985) FİFA hakim köməkçiləri kimi qalır.
Məmmədov futzal və çimərlik futbolunda yeni adların olmadığını söyləyib. Yəni çimərlik futbolunda yeganə təmsilçimiz olan Əfqan Həmzəyev (1974-cü il təvəllüdlü), futzalda isə Elçin Səmədli (1971) ilə Elçin Məmmədovun (1978) adının FİFA-ya göndərilməsi nəzərdə tutulub. Babək Quliyev kimi cəzalanan 33 yaşlı futzal üzrə FİFA referisi Anar Niyazovun da adı siyahıdan kənarda qalıb.
Qadın FİFA hakimləri ilə bağlı siyahıda isə yeni sima bir nəfərdir: “Bu, 1986-cı il təvəllüdlü Səbayel Qurbanovadır ki, onun boyu 1,89 metrdir. 1970-ci il təvəllüdlü Venera Muradova FİFA hakimi, 1973-cü il təvəllüdlü Ülviyyə Mustafayeva ilə 1979-cu il təvəllüdlü Maya Nəbiyeva FİFA hakim-köməkçiləri kimi namizəd olaraq qalır. Bütün bu adıçəkilən hakimlər yalnız namizədlərdir və son sözü FİFA deyəcək. Yəni indidən demək olmaz ki, göndərdiyimiz siyahıdakıların hamısı təsdiqlənəcək. FİFA kimi istəsə təsdiqləyər, kimi istəsə yox. Noyabrın sonunda bu qurumun İcraiyyə Komitəsinin iclası keçiriləcək və namizədlər bağlı məsələyə həmin vaxt aydınlıq gələcək. Təsdiqlənən hakimlərlə bağlı siyahı dekabrın ortalarında milli assosiasiyalara göndəriləcək”.
Qeyd edək ki, AFFA-nın baş katibi Elxan Məmmədovun təsdiqlədiyi namizədlərlə bağlı siyahını FİFA-ya təqdim etmək üçün son müddət sabahdır.

0
0