Azərbaycan yığması “Milan” klubuna uduzdu
23.09.2009 - 21:00
İtaliyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət milli komandamız növbəti yoldaşlıq görüşündə qüvvəsini sınayıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən xəbərə görə, Bernard Lippertin yetirmələri hazırlıq prosesi çərçivəsində bu gün Bakı vaxtı ilə saat 19:00-da “Milan” klubunun nəzdindəki 19 yaşadək futbolçulardan ibarət komanda ilə qarşılaşıb. Oyunda hesabı meydan sahibləri açsalar da, futbolçularımız ardıcıl 2 top vurublar. Komandamızın heyətində Ramil Mansurov və Məqsəd İsayev fərqlənib. Amma bununla barışmayan milanlılar daha 3 dəfə qapımıza yol tapıblar – 4:2.
Xatırladaq ki, yığmamız sentyabrın 17-də “Yuventus”, sentyabrın 20-də isə “Breşiya” klubundan olan həmyaşıdlarını müvafiq olaraq 4:3 və 3:1 hesabı ilə məğlubiyyətə uğradıb.
Xatırladaq ki, yığmamız sentyabrın 17-də “Yuventus”, sentyabrın 20-də isə “Breşiya” klubundan olan həmyaşıdlarını müvafiq olaraq 4:3 və 3:1 hesabı ilə məğlubiyyətə uğradıb.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0