Əsgər Abdullayev: "Bakı" bizi daş-qalaq etdi - MÜSAHİBƏ
23.09.2009 - 23:09
“Olimpik-Şüvəlan” klubunun baş məşqçisi Əsgər Abdullayevin apasport.az saytına müsahibəsi
- Komandanız 4 oyundan sonra 4 xal toplayıb. Bu nəticədən razısınız?
- Bu kollektivin gələcəyi qabaqdadır. Düzdür, komandada çatışmazlıqlar var. Ancaq düşünürəm ki, hər şey yaxşılığa doğru gedir.
- Liderlərlə görüşlərdə kifayət qədər xal itirmisiniz. Komandanın ilk "altılığ"a düşmək şanslarını necə qiymətləndirirsiniz?
- Xal itirsək də, bu o demək deyil ki, hər şeyi itirmişik. "Altılığ”a düşmək şanslarımızın olduğunu hesab edirəm. Komandanın bu mövsümdə qarşısına qoyduğu əsas məqsəd də bundan ibarətdir. Öhdəsindən gələk, sonrasına baxarıq. İkinci dəfə Avropaya çıxmaq bizim üçün əla olardı. Bu dəqiqə medalın rəngi məni maraqlandırmır. İlk üç yerdən birini tutmaq da bizim üçün uğurdur.
- Son 2 turdan sonra belə görünür ki, əvvəlki "Olimpik-Şüvəlan"dan əsər-əlamət qalmayıb. Bunu nə ilə əlaqələndirərdiniz?
- Bu, sizin şəxsi fikriniz ola bilər. Yenə deyirəm, biz gələcəyin komandasını qururuq. Bizim komandanın hələ nə yaşı var ki? Bu heyətdən böyük nailiyyətlər gözləmək də düzgün deyil. Çalışacağıq ki, öz oyunumuzu oynayıb, istəyimizə nail olacaq.
- Onda belə çıxır ki, bu il qarşıya konkret yer tutmaq deyil, komandanı formalaşdırmaq məqsədi qoyulub?
- Bəli. Əlbəttə, gənc oyunçulardan ibarət yeni bir komanda formalaşdırmaq o qədər də asan deyil. Bir şeyi də qeyd edim ki, biz çempionatda da çox iddialıyıq. Bacardığımızı etməyə hazırıq. Yəni komanda o qədər də siz düşündüyünüz qədər faciəli durumda deyil.
- Biz belə düşünmürük. Sadəcə, komanda əvvəlki komanda deyil.
- Köhnə komandada futbolçular daha təcrübəli idi. Baxmayaraq ki, bir müddət futboldan kənarda qalmışdılar, lakin yenə də böyük futbol görən oyunçular idilər. Hazırkı heyət isə tamam fərqlidir. 21-22 yaşlı oyunçular çoxluq təşkil edirlər, onların da təcrübə qazanmağa ehtiyacları var.
- Ötən mövsüm komandanın ciddi maliyyə problemləri vardı. Bu çətinlik indi də qalmaqdadır?
- Xeyr, indi komandada maliyyə problemləri yoxdur. Hər şey yoluna qoyulub.
- Qapıçınız Cahangir Həsənzadə uzun müddət futbolsuz qalmışdı. "Olimpik-Şüvəlan"a gəldikdən sonra əsas qapıçıdır. Elşən Poladov isə yenə ehtiyatdadır, bu barədə nə deyə bilərsiniz?
- Bilirsiniz, Cahangir futbolsuz qalsa da, çox təcrübəli futbolçudur. Onun təcrübəsinə bizdə ehtiyac duyuldu və məşqlərdə də gördüm ki, qapıda dayana bilər, mən də ona etibar etdim.
- "Bakı"nın baş məşqçisi Qyoko Hacıyevski üçün əsas baxımlı oyun yox, nəticə qazanmaqdır. Bilirik ki, "Olimpik-Şüvəlan" da nəticə üçün oynayan komandadır. Belə olan təqdirdə, sizcə, "Bakı" hansı oyun komponentləri ilə sizi üstələyib qələbə qazandı?
- Biz oyunu əks hücumlar üzərində qururduq. Bütün oyun boyu bu taktika ilə oynadıq. Lakin "Bakı" bizim kələyimizi tutdu və bizi daş-qalaq etdi. Rəqib konkret hansısa komponentlərə görə bizdən fərqlənmirdi, sadəcə, bizim oyunumuz alınmadı. Bunu da oyunçuların təcrübəsizliyi ilə əlaqələndirərdim. Əvəzlədiyim futbolçular onlara bəslədiyim gümanları doğrultmadı. Ramin Nəsibov təkcə 2-3 100 faizlik epizodu qaçırdı. Elə məqamlarda tələsmək lazım deyildi. "Bakı"nı ikinci hissədə tamamilə öz qapısına doğru sıxışdırmışdıq. Qoldan sonra ərazi üstünlüyü tamamilə bizim tərəfdə idi. Ən azından hesabı bərabərləşdirə bilərdik. Son vaxtlar zədəlilərimiz artıb. "İnter" buna görə bizdən 1 xal qopardı. Usim Ndukanın barmağı çatladığı üçün keçən turda oyunu yarımçıq tərk etdi. Bu dəfə də Sergey Laşenkov zədələndiyindən, birinci hissənin ortasında əvəzlədim. Etdiyim taktiki gedişlər və futbolçuların yerdəyişməsi isə məcburiyyətdən irəli gəlir. Zədələr bizdən əl çəksə, irəlidə yaxşı oyun göstərəcəyik.

0
0