Azərbaycan yığması İtaliyanın “İnter” klubu ilə qarşılaşacaq
24.09.2009 - 09:26
Azərbaycan milli komandasının növbəti rəqibinin adı məlum olub. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, İtaliyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət yığmamız dördüncü yoxlama matçında “İnter” klubu ilə qarşılaşacaq. Məşhur Milan təmsilçisinin nəzdindəki həmyaşıdları ilə millimizin qarşılaşması bu gün Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, sentyabrın 17-də “Yuventus”, 20-də “Breşiya” klubundan olan həmyaşıdlarına müvafiq olaraq 4:3 və 3:1 hesabı ilə qalib gələn yığmamız sentyabrın 23-də “Milan”ın 19 yaşlı futbolçularına uduzub - 4:2.

- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0