Azərbaycan - Rusiya görüşünü idarə etmək məşhur hakimə tapşırıldı
24.09.2009 - 10:14
Azərbaycan milli komandasının 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Rusiya ilə ev oyununu ingilis hakimlər idarə edəcəklər. Apasport.az saytının məlumatına görə, oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş Hovard Uebbə tapşırılıb.
38 yaşlı hakim nəinki Böyük Britaniyada, elə Avropada da ən yaxşı hakimlərdən sayılır. Təsadüfi deyil ki, Uebb ötən il keçirilən qitə birinciliyinin final mərhələsini idarə edən hakimlər sırasında olub. İngiltərə Premyer Liqasında adətən mərkəzi oyunları idarə edən Hovard 2005-ci ildən FİFA referisi dərəcəsinə yiyələnərək, beynəlxalq oyunlara təyinat alır. Ancaq o, indiyə kimi nə bizim, nə də rusların oyunlarını idarə edib.

0
0