MOİK, “Spartak” və “Zenit”in azarkeşləri Bakıya gələcək
24.09.2009 - 10:54
Rusiya milli komandasını Azərbaycanla oktyabrın 14-də Bakıdakı oyunda MOİK, “Spartak” və “Zenit” klublarının azarkeşləri dəstəkləyəcək. Apasport.az saytının məlumatına görə, 2010-cu il dünya çempionatına çıxmağa iddialı olan şimal qonşularımız cari seçmə mərhələdə son oyununu keçirəcəyi Bakıdakı görüşdə böyük dəstəyə malik olacaq. Ruslar bundan 4 gün əvvəl Moskvada Almaniya ilə çox vacib oyuna çıxacaqlar. Rusiya Futbol İttifaqının mətbuat xidmətinin rəhbəri, Ümumrusiya Azarkeşlər Birliyinin vitse-prezidenti Andrey Malosolovun sözlərinə görə, MOİK və “Spartak”ın azarkeşləri yığmanın son iki görüşünə ciddi fərq qoymurlar: “Zenit” fan-klubunun Azərbaycanla oyuna 80, Almaniya ilə görüşə isə 1000-dən çox bilet sifariş edib. Sonda kompromis rəqəm üzərində dayandıq. “Zenit”in tərəfdarları Lixtenşteynlə oyunda özlərini yaxşı tərəfdən göstərdilər. Ancaq MOİK və “Spartak”ın azarkeşləri Azərbaycanla oyuna Almaniya ilə görüşə olduğu qədər bilet alacaqlarını deyiblər”.
0
0