Ronaldo “Real”da rekord vurdu
24.09.2009 - 13:17
İspaniyanın “Real” klubunun futbolçuları Raul Qonsaleslə Kriştianu Ronaldo yeni rekord müəyyənləşdiriblər. Apasport.az saytının məlumatına görə, 3 ay öncə “Mançester Yunayted”dən 94 milyon avroya alınan Ronaldo “Kral klubu”nun heyətində ilk 4 oyunun hamısında qol vurub ki, indiyədək Madrid təmsilçisində debüt mövsümündə heç kim buna nail ola bilməyib.
Kriştianu hesabat turunda səfərdə “Vilyarreal”la görüşün 2-ci dəqiqəsində hesabı açmaqla rekord vurub. Bunadək Primeroda “Deportivo” və “Espanyol”un qapısının 1 qol vuran 24 yaşlı portuqaliyalı “Heres”lə görüşdə dubl edib.
Raul isə kapitanı olduğu “Real”ın heyətində İspaniya çempionatının oyunlarının sayına görə yeni rekord müəyyənləşdirib. “Vilyarreal”la görüşün 67-ci dəqiqəsində meydana girməklə buna nail olan 32 yaşlı ispan hücumçu 524-cü görüşünü keçirib. Bununla da Raul “Real”ın sabiq futbolçusu Manolo Sançesin rekordunu təzələyib. Təcrübəli futbolçu İspaniya çempionatında 1994-cü ilin oktyabrında “Saraqosa” klubu ilə oyunda debüt edib.

- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0