Türkiyə yığmasının taleyi “Neftçi”nin futbolçularından da asılıdır
24.09.2009 - 15:23
Bakının “Neftçi” klubunun estoniyalı müdafiəçiləri Dmitri Kruqlovla Taavi Rahn növbəti dəfə milli komandalarına dəvət olunub. Apasport.az saytının məlumatına görə, hər iki futbolçu 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bosniya və Herseqovina və Belçika yığmaları ilə ev oyunlarına çağırılıb.
Estoniya yığması bosniyalıları Tallində oktyabrın 10-da, Belçikanı bundan 4 gün sonra qəbul edəcək. “Neftçi”nin müdafiəçiləri yığmanın düşərgəsinə həmin ayın 7-də yollanacaqlar.
Estoniya - Bosniya və Herseqovina görüşündə Türkiyə yığmasının 2010-cu il dünya çempionatına düşmək perspektivinə tam aydınlıq gələ bilər. Yəni, bosniyalılar Kruqlovla Rahnın komandasını məğlub edərsə, qrupda 2-ci yeri tutmaları və türklərin Cənubi Afrika Respublikasında keçiriləcək mötəbər turnirdə iştirak etməyəcəyi rəsmiləşəcək.

- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0