Azərbaycan yığması Kiprə 8 cavabsız qol vurdu
24.09.2009 - 17:03
Azərbaycan milli komandası Avropa çempionatının növbəti mərhələsinə vəsiqə qazanıb. Apasport.az saytının məlumatına görə, 19 yaşadək futbolçular arasında qitə birinciliyinin Bakıda keçirilən I seçmə mərhələsinin nəticələrinə əsasən yığmamız II seçmə mərhələyə yüksəlib.
Bu, 4 komandanın iştirakı ilə keçirilən mini turnirin sonuncu turunda qeydə alınan nəticələrdən sonra mümkün olub. Qrupun autsayderi Kipri 8:0 hesabı ilə darmadağın edən Şamil Heydərovun yetirmələri qrupda ikinci yeri tutub. Futbolçularımızdan Olqa Qazıyeva (3), Anna Atayeva (2), Mariya Akayeva (2) və Yekaterina Nosova fərqləniblər.
Millimizin ikinci pilləni tutmasında bu pilləyə digər iddiaçı – Ukraynanın İspaniyaya uduzmasının da rolu olub. Bakıdakı oyunlarda nəinki xal itirməyən, heç qol da buraxmayan pireneylilər slavyan xanımlara 4 qol vurmaqla, I yerin sahibi olub.

1 | İspaniya | 3 | 3 | 0 | 0 | 10-1 | 9 |
2 | Azərbaycan | 3 | 2 | 0 | 1 | 9-2 | 6 |
3 | Ukrayna | 3 | 1 | 0 | 2 | 2-5 | 3 |
4 | Kipr | 3 | 0 | 0 | 3 | 1-14 | 0 |
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0