PFL “Unibank”dan nə qədər pul alıb?
24.09.2009 - 23:03
“Unibank”la Peşəkar Futbol Liqası arasında (PFL) əməkdaşlığın detalları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli çempionatının sponsoru ilə dünən imzalanan müqavilə 3 il müddətinə nəzərdə tutulub. Anlaşmaya əsasən, 3 mövsüm “Unibank Premyer Liqası” adı altında keçiriləcək yarışa sponsorluq etmək üçün bank 1 milyon manat ödəyib. Sazişin imzalanmasına həsr olunan tədbir zamanı bu məbləğ adəti üzrə rəsmən açıqlanmasa da, bunu müəyyənləşdirə bildik. Necə ki, bu əməkdaşlıq haqda Azərbaycan mətbuatındakı ilk məlumatı da məhz apasport.az saytı yaymışdı. PFL rəsmiləri bu xəbəri təkzib etsələr də, digər şirkətlər sponsorluq üçün nisbətən az məbləğ ödəmək istəyib. Ölkədə fəaliyyət göstərən məşhur şirkətlərdən biri bu hüquqa sahib çıxmaq üçün 500 min dollar xərcə düşmək istəyində olsa da, “Unibank”ın razılaşdığı məbləğ daha cəlbedici olub.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0