Azərbaycan futbolunda yeni rekord!
24.09.2009 - 23:07
Azərbaycan futbolunda yeni rekord qeydə alınıb. Apasport.az saytının məlumatına görə, milli komandamız 17 illik müstəqillik tarixinin rəsmi oyunlarda ən böyük hesablı qələbəsini qazanıb. Bu rekorda 19 yaşadək qızlardan ibarət yığmamız imza atıb. Şamil Heydərovun yetirmələri Avropa çempionatının I seçmə mərhələsinin Bakıda keçirilən qarşılaşmasında Kipri 8:0 hesabı ilə darmadağın etməklə, futbol tariximizdə ən böyük qələbəni əldə etdi.
İndiyədək Azərbaycan yığmalarının tarixində ən böyük hesablı qələbə oğlanlardan ibarət U-19-a məxsus idi. Ötən il Yaşar Vahabzadənin başçılıq etdiyi komanda San Marinonu 5 cavabsız qolla məyus etmişdi. Ümumilikdə, Azərbaycan milli komandaları tarixi ərzində 6-cı dəfə böyük hesablı qələbə qazanıb.
Klublarımız avrokuboklarda cəmi bir belə qələbə qazanıb. 2000/01 mövsümündə “Şəmkir” Latviya “Skonto”sunu 4:1 hesabı ilə məğlub edib.
Milli komandaların bütün böyük hesablı qələbələri

hesab | yığma | Rəqib | turnir | Baş məşqçi |
8:0 | U-19 qızlar | Kipr | 2009/10 | Şamil Heydərov |
5:0 | U-19 | San Marino | 2008/09 | Yaşar Vahabzadə |
4:0 | Əsas milli | Lixtenşteyn | AÇ-2000 | Əhməd Ələsgərov |
4:0 | U-16 | San Marino | 2000/01 | Səyavuş İbrahimov |
3:0 | U-17 | Ermənistan | 2005/06 | Şakir Qəribov |
3:0 | U-19 | San Marino | 2002/03 | Şakir Qəribov |
0
0