“Bakı” məşqə baş məşqçisiz çıxdı
24.09.2009 - 17:31
“Bakı” məşqə baş məşqçisiz çıxdı
Unibank Premyer Liqasının VI turuna hazırlaşan “Bakı” bu gün növbəti məşqinə çıxıb. Apasport.az saytının məlumatına görə, hazırlıqlarını “Ədliyyə” stadionunda keçirən ölkə çempionu meydançaya baş məşqçisiz çıxıb. Belə ki, “Bakı”dan ayrılacağı gündəmdə olan Qyoko Hacıyevski komandasını məşqə çıxarmamaq qərarına gəlib.

Bu gün klubun prezidenti Hafiz Məmmədovla görüşərək gələcək taleyinə aydınlıq gətirməli olan makedoniyalı çalışdırıcı qalıb-qalmayacağını bilmədiyi komandanı hazırlaşdırmamağa üstünlük verib. Onun yoxluğunda komandanın məşqinə makedoniyalının köməkçiləri rəhbərlik edib.

Hacıyevski 2007/08 mövsümünün IV turundan sonra “Bakı”nın baş məşqçi postunda Böyükağa Hacıyevi əvəzləmişdi. Maraqlıdır ki, bu mövsüm də onun yetirmələri 4 çempionat oyununa çıxıb. Lakin bu matçlardan biri - “Xəzər-Lənkəran”la görüş 11 dəqiqə oynanılıb.
0