Zeynal Məmmədov: Baş məşqçi postuna namizədlər arasında Bülənt Korkmaz da var
24.09.2009 - 18:38
Zeynal Məmmədov: Baş məşqçi postuna namizədlər arasında Bülənt Korkmaz da var
“Bakı” klubunun baş məşqçisi Qyoko Hacıyevskinin istefası qəbul olunub. Bu haqda apasport.az saytına komandanın vitse-prezident Zeynal Məmmədov məlumat verib. Onun sözlərinə görə, məsələ makedoniyalı çalışdırıcının klub prezidenti Hafiz Məmmədovla görüşündə rəsmiləşib: “Hafiz müəllim Hacıyevskinin qalmasını istəsə də, o, istefa verməyi məqsədəuyğun saydı. Baş məşqçimiz hazırkı vəziyyətdə özünün gedişini üstün tutdu. Yəni başa düşürdü ki, indiki məqamda futbolçuların çoxunu çıxartmaq qeyri-mümkün idi. Hacıyevski hesab etdi ki, yeni baş məşqçinin gəlişi yeni qan, yeni nəfəs gətirə bilər. Buna görə də çempionat yeni başladığından həmin prosesi uzatmamağı üstün tutdu”.

Vitse-prezident “Qalatasaray” klubunun sabiq baş məşqçisi Bülənt Korkmazla danışıqlar apardıqlarını təsdiqləyib: “Korkmaz namizədlər sırasında yer alıb. Baş məşqçi postuna namizədlərimiz sanballı mütəxəssislərdir. Onlar arasında ilkin razılığını verənlər də var. Sadəcə, adlarının açıqlanmasını istəmirlər. Komandamızın sükanı arxasına yüksək səviyyəli mütəxəssis gətirməyə çalışacağıq”.

Qeyd edək ki, 41 yaşlı Korkmaz bu ilin martında “Bakı”nın dəvəti ilə ölkəmizdə qonaq olub.
0