“Azərbaycan yığması gözəl oyun nümayiş etdirdi”
24.09.2009 - 18:50
“İkinci seçmə mərhələyə vəsiqə qazanmaq istədiyimizdən, meydana qələbə əzmi ilə çıxmışdıq”. Bu sözləri Azərbaycanın 19 yaşlı qızlardan ibarət yığma komandasının baş məşqçisi Şamil Heydərov deyib.
Bu gün Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən Kipr yığmasını 8:0 hesabı ilə darmadağın edən Heydərov yetirmələrindən razı qalıb: “Futbolçular onlara verilən tapşırıqları layiqincə yerinə yetirdilər. Oyundan və nəticədən razı qaldım”.
Rəqib komandanın baş məşqçisi Luiza Anastasiou isə oyunu belə şərh edib: “Açığı hesab bizim üçün gözlənilməz oldu. Azərbaycan yığması gözəl oyun nümayiş etdirərək, layiqli qəlbə qazandı. Bu qələbə münasibətilə Azərbaycan millisini təbrik edirəm”.

0
0