Qyoko Hacıyevski “Bakı”nın vitse-prezidenti olacaq
24.09.2009 - 18:54
Qyoko Hacıyevski “Bakı” klubunda fəaliyyətini davam etdirəcək. Klubun vitse-prezidenti Zeynal Məmmədov apasport.az saytına açıqlamasında bildirib ki, 54 yaşlı makedoniyalı mütəxəssislə yollarını birdəfəlik ayırmayıblar: “Hacıyevski istefa versə də, birdəfəlik getməyib. O, “Bakı”da fəaliyyətini davam etdirəcək. Ola bilsin ki, vitse-prezident postunda yer aldı. Fikrimcə, Hacıyevskinin köməkçilərindən ən azı biri gedəcək. Hər halda, yeni baş məşqçi özü ilə köməkçisini gətirəcək. Növbəti turda “Qarabağ”la oyuna komandanı kimin çıxaracağı hələ dəqiqləşməyib. Müzakirə etdiyimiz bu məsələyə sabah aydınlıq gələcək”.
2007-ci ilin sentyabrından “Bakı”nın postunda çalışan Hacıyevski ötən mövsüm komandanı çempion edib.
2007-ci ilin sentyabrından “Bakı”nın postunda çalışan Hacıyevski ötən mövsüm komandanı çempion edib.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0