Qələbəyə bərabər heç-heçə - YENİLƏNİB
14.10.2009 - 21:56
Qələbəyə bərabər heç-heçə  - YENİLƏNİB
Bu gün Azərbaycan futbol yığması 2010-cu il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində sonuncu oyununu keçirəcək. Berti Foqtsun başçılıq etdiyi kollektiv Bakıda, doğma azarkeşlər önündə Rusiyanı sınağa çəkəcək. Başqa sözlə, futbolçularımız tarix yazmaq üçün daha bir şans yaxalayıblar. Ötən həftə Vadutsda Lixtenşteyni məğlub etmiş yığmamız bu dəfə də qalib gələcəyi təqdirdə, seçmə mərhələlərdə ən yüksək - 7 xal toplamış olacaqlar. Eyni zamanda, qələbə sayəsində ruslardan bu ilin martında Moskvada 0:2 hesablı məğlubiyyətin əvəzini çıxa bilərik.

Apasport.az saytı saat 21:00-da start götürəcək matçı onlayn təqdim edəcək. Dəyərli oxucularımız görüşdə vurulacaq qolların müəllifləri, baş verəcək maraqlı hadisələr, oyunsonrası hər iki komandanın çalışdırıcılarının fikirləri ilə saytımız vasitəsilə tanış ola bilərlər.

2010-cu il dünya çempionatının seçmə oyunu

21:00. Azərbaycan - Rusiya - 1:1
QOLLAR: Vaqif Cavadov, 54 - Andrey Arşavin, 13
Hakimlər: Hovard Uebb, Darren Kann, Mark Mullarkey, Mark Klattenburq (İngiltərə)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Azərbaycan: Kamran Ağayev, Rail Məlikov, Ruslan Abışov, Vladimir Levin, Maksim Medvedev, Samir Abbasov, Rəşad Sadiqov, Mahir Şükürov, Aleksandr Çertoqanov, Elvin Məmmədov, Vaqif Cavadov.

Rusiya: İqor Akinfeyev, Dmitri Torbinski, Sergey İqnaşeviç, Aleksey Rebko, Aleksey Berezutski, Diniyar Bilyaletdinov, Sergey Semak, Renat Yanbayev, Vladimir Bıstrov, Alan Caqoyev, Andrey Arşavin.

Oyun başladı

5. Komandamızın ilk hücumu. Vaqif Cavadovun təxminən 25-27 metrdən vurduğu zərbə qapıdan aralı keçir.
8. Oyunda ilk küncə zərbəsini qonaqlar yerinə yetirir. Kamran Ağayev hamıdan hündürə tullanıb topu cərimə meydançasından uzaqlaşdırır.
12. Komandamız yerinə yetirilən cərimə zərbəsindən sonra rusların qapıçısı önündə təhlükəli vəziyyət yaradır. Ancaq qapıya zərbə dəqiq olmur.
13. Hesab açılır. Dzaqoyevin zərbəsini Ağayev qaytarsa da, Arşavin təkrar zərbə ilə topu boş qapıdan keçirir.
19. Komandamız tarazlığı bərpa etməyə yaxın olur. Son anda Akinfeyev komandasını qoldan xilas edir.
25. Torbinski Şükürova qarşı kobudluq edir. Hakim rus futbolçuya şifahi xəbərdarlıq edir.
28. Rusların qapısı qarşısında daha bir təhlükəli vəziyyət yaranır. Şükürovun başla zərbəsinə əla reaksiya verən Akinfeyev hesabın bərabərləşməsinə imkan vermir.
30. Rəqibin sağ cinahdan hücum təşkil etdiyi hücum nəticəsiz qalır.
33. Cavadovun fəallığı diqqət çəkir. Onun növbəti zərbəsi qapıdan azca aralı keçir.
Matçın 35-ci dəqiqəsində ruslar azərbaycanlı azarkeşlər olan sektora bir neçə dəfə partlayıcı maddə atıb. Bundan sonra yerli fanatlarla ruslar arasında yumruq davası düşüb. Hadisə polis işçilərinin müdaxiləsindən sonra sakitləşdirilib.
39. Mahir Şükürov cərimə meydançasına daxil olub qapıya qüvvətli zərbə vurur. Ancaq top “çərçivə”yə düşmür.
41. Ruslar hesabı artıra bilərdilər. Ancaq top qapı tirinə dəyir.

İlk yarı başa çatdı.
İkinci hissə başladı.
46. Rəşad Sadiqovu Vüqar Nadirov əvəzləyir.
47.İkinci hissəyə qolla başlaya bilərdik. Heyif ki, Akinfeyev Cavadovun zərbəsini dəf etsə də, top qatı tirinə dəyir.
54. Nəhayət, qooooooooooool. Vaqif Cavadov axır ki istədiyinə çatdı. Onun uzaqdan qüvvətli zərbəsi qapıdan keçdi.
62. Mahir Şükürov sag cinahdan qapı qarşısına ötürmə verir. Təəssüf ki, futbolçularımızdan topu qapıya göndərən tapılmır.
Hiddink əvəzetməyə başlayır. O, Vladimir Bıstrovun əvəzinə meydana Buxarovu buraxır.
Bu dəqiqələrdə oyun qonaqların üstünlüyü şəraitində keçir. Komandamızın oyunu heç cür alınmır.
73. Foqts müdafiəçisinin əvəzinə yarımmüdafiəçi buraxır. Belə ki, Maksim Medvedevi Cavid Hüseynovu buraxır.
75. İnanılmaz fürsət. Müdafiəçilərin səhvindən istifadə edən Elvin Məmmədov topu ələ keçirsə də, qapıya yol tapa bilmir.
80. Ruslar penalti zərbəsini yerinə yetirir. Ancaq Kamran İqnaşeviçin zərbəsini dəf edərək, komandamızı qoldan xilas edir.
85. Arşavin təhlükəli nöqtədən qapımıza cərimə zərbəsi vurur. Top qapı xəttindən çıxır.
Hakim oyunun əsas vaxtına 2 dəqiqə əlavə edir.
90. Dmitri Torbinski sarı vərə ilə cəzalandırılır.
Bu da son. Oyun başa çatır. Milli komandamız seçmə mərhələ oyununu heç-heçə ilə başa vurur.