“Azərbaycanlılar Premyer Liqanı ingilislərdən çox sevirlər”
20.10.2009 - 10:23
“Azərbaycandakı ezamiyyətimin başlanğıcı mənim üçün bir az qeyri-adi oldu”. Apasport.az saytının məlumatına görə, bu fikirlər ingilis jurnalist Nabel Koxara məxsusdur.
Hazırda ölkəmizdə olan britaniyalı Bakıda gördüklərini ürəyində saxlamağı bacarmayıb. Bu səbəbdən də həmkarımız azərbaycanlıların futbola münasibətini qələmə alıb Böyük Britaniya internet saytlarından birində dərc etdirib: “Yorğun halda çatdığım oteldə televizoru yandırıb kanalları dəyişirdim. Birdən gözümə İngiltərə Premyer Liqasının oyunu sataşdı. “Sanderlend” - “Liverpul” qarşılaşmasının Bakıda canlı yayımlanması mənə qəribə göründü. Amma təəssüf ki, burada cəmi bir idman kanalı var idi. Təbii ki, bu kanal da “Sky Sports” deyildi. Otel əməkdaşlarını çağırıb müraciət etdikdə məlum oldu ki, peyk antenasının quraşdırılması üçün əvvəldən xəbər verilməlidir”.
Nabel özünün “Liverpul” tərəfdarı olduğunu gizlətməməklə yanaşı, həmfikirlərinin və rəqiblərinin Azərbaycandakı çoxluğundan şoka düşüb: “Nahara düşəndə gördüm ki, orada da İngiltərə Premyer Liqasının oyununu izləyirlər. Məndə elə bir təsəvvür yaranmışdı ki, Azərbaycanda Premyer Liqamıza maraq İngiltərədəkindən də çoxdur. Düzdür, futbolun maraqlı yerində ofisiant kanalı dəyişib hansısa mahnıya bərk səs verdi. Xahişimdən sonra yenidən futbola baxdım. Ondan azərbaycanlıların Premyer Liqaya marağı ilə bağlı soruşdum. O yerli azarkeşlərin ingilis çempionatının “xəstəsi” olduğunu bildirdi. Artıq ofisiantın hansı komandanı dəstəklədiyini isə ehtimal edə bilərdim: o da ingilis klubuna – “Mançester Yunayted”ə azarkeşlik edirdi”.

0
0