Valeri Karpin Azərbaycan yığmasına qiymət verdi
20.10.2009 - 10:31
Moskvanın “Spartak” klubunun baş məşqçisi Valeri Karpin Azərbaycan və Sloveniya yığmalarını müqayisə edib. Apasport.az saytının məlumatına görə, veteran futbolçu uzun illər çıxış etdiyi Rusiya milli komandasının 2010-cu il dünya çempionatına vəsiqə uğrunda pley-offda Sloveniya ilə düşməsini arxayınlaşmağa əsas saymır.
Karpin Azərbaycan yığmasını məğlub edə bilmədikləri Bakıdakı oyunu (1:1) misal göstərib: “Sloveniyanın ikinci səbətdən ən zəif komanda olması yalnız kağız üzərindədir. Axı elə Azərbaycan yığması da kağızda zəif rəqib idi. Sözsüz ki, Rusiya hamı üçün favorit kimi görünür. Ancaq bu, o demək deyil ki, Rusiya mütləq qalib gələcək. Pley-off oyunları amilini də nəzərə almaq lazımdır. Əgər Azərbaycanla görüş pley-off oyunları olsaydı, əminəm ki, bizim yığma onu da məğlub edəcəkdir”.

- 15 qurtarış! - Kurasao qapıçısı matçın oyunçusu seçildi
- 156 minlik ölkədən tarixi nəticə - Kurasao DÇ-da ilk xalını qazandı
- Tonali uğrunda mübarizə - "Tottenhem"dən 75 milyonluq təklif
- Kloppdan Türkiyə sözləri - “Təzyiqə dözə bilmədilər”
- Çalhanoğlunun həyat yoldaşından sərt reaksiya: "Dünən alqışlayırdınız..."
0
0