Futbol yığmamız Avropada 24-cü yerdədir
20.10.2009 - 11:57
Futbol yığmamız Avropada 24-cü yerdədir
Avropanın ən çox sevilən milli komandaları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, dünya çempionatının seçmə mərhələsinin Avropa zonası üzrə oyunlarında qeydə alınan tamaşaçı sayına əsasən, iştirakçıların sevilmə dərəcəsi bəlli olub. Köhnə qitənin 53 yığması hər oyuna düşən orta tamaşaçı sayına uyğun olaraq, layiq olduqları yerlərə qovuşub. İngilislər ən yaxın izləyicilərini böyük üstünlüklə qabaqlayaraq, futbola sevginin necə olduğunu Avropaya göstəriblər. İlk “dördlük”də 3 Britaniya təmsilçisinin olması da buna nümunədir.

Göstərdiyi nəticələrə görə 44-cü olan Azərbaycan milli komandasının azarkeşləri futbolçulardan bir baş üstün olduğunu göstərib. Belə ki, yığmamız sevilməsinə əsasən Avropanın birinci yarım hissəsində qərarlaşıb. Orta tamaşaçı sayında 24-cü olan millimiz çıxış etdiyi IV seçmə qrupda IV yeri tutub. Azarkeşlərimiz futbolçuların üstələdiyi Lixtenşteynlə yanaşı, Uelsi də arxada qoyub.

Siyahıda dünya çempionatına vəsiqə qazanmağa iddialı Yunanıstan, Sloveniya, Bosniya və Herseqovina, həmçinin Rumıniya, Çexiya, Polşa kimi futbol ölkələri yığmamızın azarkeşlərinə həsəd apara bilər. Keçmiş SSRİ məkanından isə yalnız 3 ölkənin – Rusiya, Ukrayna və Gürcüstanın azarkeşləri bizdəkindən daha çoxdur. Ermənilər isə Azərbaycandan təxminən 3,5 dəfə geridədir.

Yığmamızın tamaşaçı sayının aşağı olmasında matçlardan birinin – Finlandiya ilə görüşün Lənkəranda keçirilməsi səbəb olub. Bakıdakı 4 qarşılaşmanın heç birində 20 mindən az tamaşaçı toplamayan yığmamız tutumu daha kiçik (15000) olan cənub şəhərində bu qədər seyrçi üçün oynaya bilməzdi. Əks halda, komandamız 21-22-ci yerlərə də yüksələ bilərdi.

1. İngiltərə - 79.753
2. Fransa – 61.127
3. İrlandiya – 53.589
4. Şotlandiya – 48.477
5. Almaniya – 48.069
6. Hollandiya – 45.213
7. Rusiya – 42.020
8. Portuqaliya – 36.133
9. Danimarka – 34.042
10. İspaniya – 32.954

11. Serbiya – 32.382
12. Macarıstan – 30.711
13. Türkiyə - 30.382
14. İsveç – 29.130
15. Avstriya – 29.100
16. İtaliya – 27.291
17. İsveçrə - 27.125
18. Belçika – 27.000
19. Finlandiya – 26.195
20. Gürcüstan – 25.550

21. Xorvatiya – 24.957
22. Ukrayna – 23.974
23. Bolqarıstan – 22.430
24. Azərbaycan – 22.046
25. Polşa – 20.841
26. İsrail – 20.668
27. Norveç – 20.091
28. Yunanıstan – 19.640
29. Uels – 18.727
30. Belarus – 18.296

31. Qazaxıstan – 15.590
32. Slovakiya – 15.469
33. Bosniya və Herseqovina – 13.360
34. Şimali İrlandiya – 13.092
35. Rumıniya – 12.461
36. Çexiya – 12.062
37. Albaniya - 10.848
38. Sloveniya – 9.882
39. Ermənistan – 9.520
40. Moldova – 8.598

41. Makedoniya – 8.500
42. Çernoqoriya – 8.184
43. İslandiya – 8.063
44. Latviya – 6.960
45. Estoniya – 6.406
46. Malta – 5.756
47. Litva – 5.210
48. Lüksemburq – 4.172
49. Kipr – 3.878
50. Lixtenşteyn – 3.665

51. Andorra – 2.666
52. Farer adaları – 2.053
53. San Marino – 1.683