Bu da ulduz futbolçu: köynəyi açıq, şalvarı yaş - FOTO
20.10.2009 - 12:11
İngiltərə milli komandasının hücumçusu Piter Krauç gülünc vəziyyətə düşüb. Apasport.az saytının məlumatına görə, “Tottenhem”də çıxış edən ucaboylu futbolçunun son turda sabiq komandası “Portsmut” üzərində qələbədən sonra gecə klubunda çəkilən qalmaqallı şəkilləri Britaniya mətbuatını bəzəyib. Bununla da Krauç sərt nizam-intizamı ilə seçilən İngiltərə yığmasının italiyalı baş məşqçisi Fabio Kapellonun qəzəbinə tuş gəlmək təhlükəsi ilə üzləşib.
Krauç Londondakı “Movida” gecə klubundan gecə saat 2-də çıxarkən, fotoqrafların obyektivinə düşüb. İngilis futbolçunun geydiyi köynəyin düymələri açıq vəziyyətdə, cins şalvarı isə ya tərdən, ya da müxtəlif içkilərdən yaş halda imiş. Bu azmış kimi, Piter başını maşının lyukundan çıxartmaqla, özünü ətrafdakılara göstərib. Həmin gecə klubunda onun komanda yoldaşları Conatan Vudqeyt, Robbi Kin, Cermeyn Cenas həyat yoldaşları və rəfiqələri ilə birgə olub. Ancaq onlar Krauçdan fərqli, özlərini ədəbli aparıblar.
Təbii ki, Krauçun fotoları Kapellonu məftun etməyəcək. Hətta hücumçunun 2010-cu il dünya çempionatının seçmə mərhələsində Belarus yığması ilə son görüşdə (3:0) 2 qol vurub, qələbədə əsas pay sahibi olsa belə. Hər halda, italiyalı mütəxəssis yaxınlarda futbolçulara öz hərəkətlərinə görə, məsuliyyət daşıdıqlarını bir daha xatırladıb.
Qeyd edək ki, indiyədək “Tottenhem”in digər futbolçuları da öz xoşagəlməz davranışları ilə diqqət mərkəzinə düşüb. Komandanın kapitanı Ledli Kinq bu ilin mayında Londonda gecə klublarının birinin yaxınlığında bir nəfərə hücum etməkdə şübhəli bilindiyi üçün həbs edilmişdi. O zaman Kinq 120 min funt-sterlinq cərimə ödəməli olmuş, “Tottenhem”in baş məşqçisi Harri Rednapp isə klubda spirtli içkilərin qəbuluna tam qadağa qoymuşdu. Ancaq bu, komandanın digər futbolçusu Devid Bentliyə təsir etməmiş və avqustda dəm halda idarə etdiyi maşınla işıq dirəyi ilə toqquşmuşdu. Xoşbəxtlikdən ciddi xəsarət almayan Bentli bir illik sürücülük vəsiqəsindən, habelə iki həftəlik məvacibdən məhrum edilməsi ilə canını qurtarmışdı.

0
0