Fatih Terim: O komandanı məmnuniyyətlə çalışdıraram
20.10.2009 - 12:33
İspaniyanın “Atletiko” klubu Türkiyə yığmasının sabiq baş məşqçisi Fatih Terimə təklif göndərməyib. Apasport.az saytının məlumatına görə, dünya çempionatının seçmə mərhələsindəki uğursuz çıxışdan sonra istefa verən mütəxəssis Madrid təmsilçisinə keçidi ilə bağlı məsələyə aydınlıq gətirib. Terim İspaniya getmək variantının hələ ki, qeyri-real olduğunu bildirib: “Atletiko” İspaniya və Avropanın ən yaxşı klublarından biridir. Məmnuniyyətlə bu komandanı çalışdırardım. Lakin konkret təklif almamışam. Madrid təmsilçisinin rəhbərliyi ilə bu barədə ciddi söhbətimiz də olmayıb”.
- 15 qurtarış! - Kurasao qapıçısı matçın oyunçusu seçildi
- 156 minlik ölkədən tarixi nəticə - Kurasao DÇ-da ilk xalını qazandı
- Tonali uğrunda mübarizə - "Tottenhem"dən 75 milyonluq təklif
- Kloppdan Türkiyə sözləri - “Təzyiqə dözə bilmədilər”
- Çalhanoğlunun həyat yoldaşından sərt reaksiya: "Dünən alqışlayırdınız..."
0
0