Top satmaq və almaq olmaz!
20.10.2009 - 13:17
“Liverpul” rəhbərliyi çimərlik dəstinin satışını dayandırıb. Apasport.az saytının məlumatına görə, çimərlik paltarı və klubun rəmzlərini əks etdirən böyük qırmızı topdan ibarət dəstləri cəmi 10 funt sterlinqə alan azarkeşlər artıq bu imkandan məhrum olublar. Buna suvenirlərin düzgün olmayan məqsədlər üçün istifadəsi səbəb olub.
Xatırladaq ki, ötən həftə İngiltərə Premyer Liqasının “Sanderlend”lə oyununda 0:1 hesabı ilə uduzan “Liverpul” məhz qırmızı topun bəlasına gəlmişdi. Azarkeşlərin atdığı şara bənzər topla toqquşan oyun topu qapıçı Pepe Reynanı çaşdırmış və qola səbəb olmuşdu. Darren Bentin qalmaqallı qolu bu dəstlərin satışına təsir edib.
Növbəti turda “Mançester Yunayted”lə səfərdə qarşılaşacaq mersisaydlılar Mançester şəhəri və onun ətraflarında qırmızı toplara sifarişin artmasından sonra lap əl-ayağa düşüb. Deyəsən, “Sanderlend”in qələbəsindən ruhlanan mançesterlilər meydanı qırmızı top atəşinə tutmaq arzusunda imiş.

- 15 qurtarış! - Kurasao qapıçısı matçın oyunçusu seçildi
- 156 minlik ölkədən tarixi nəticə - Kurasao DÇ-da ilk xalını qazandı
- Tonali uğrunda mübarizə - "Tottenhem"dən 75 milyonluq təklif
- Kloppdan Türkiyə sözləri - “Təzyiqə dözə bilmədilər”
- Çalhanoğlunun həyat yoldaşından sərt reaksiya: "Dünən alqışlayırdınız..."
0
0