Vidadi Rzayev: Bir də ayıldım ki, meydanın ortasındayam
20.10.2009 - 12:40
“İntizam Komitəsinin haqqımda çıxardığı qərardan xəbərsizəm. Əgər belə qərar qəbul edilibsə, etirazım yoxdur. Yəni, həmin hərəkətimə görə cəzalandırılmağımı haqlı sayıram”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun məşqçisi Vidadi Rzayev deyib.
Veteran futbolçu ölkə çempionatının VII turunda “Olimpik-Şüvəlan”la ev oyununda (2:1) texniki zonadan kənarlaşdırılıb. AFFA-nın İntizam Komitəsi bu gün keçirilən iclasında Rzayevin hakimləri təhqir etdiyi üçün 4 oyunluq diskvalifikasiya olunması və komandasının 4000 manat cərimələnməsi haqda qərar çıxarıb. Bu haqda bizdən xəbər tutan gənc məşqçi özünü təqsirləndirir: “Günah məndə oldu, hakimlərdə nə günah ola bilər? Oyun epizodunda özümü saxlaya bilmədim. Bir də ayıldım ki, meydanın ortasındayam. Dəqiq xatırlamıram, adi bir oyun epizod idi. Fikirləşirdim ki, həmin epizodda qayda pozuntusu vardı. Emosiyalarımı cilovlaya bilmədim, qışqırdım və meydana girdim. Baş hakim Vüsal Əliyev haqlı olaraq, məni texniki zonadan çıxardı”.
Hakimlərdən narazı qalmayan Rzayev üçün “Olimpik-Şüvəlan”la görüş prinsipial əhəmiyyət daşıyırdı. Hər halda, yığmamızın sabiq yarımmüdafiəçisi futbolçu karyerasını 40 yaşında məhz bu komandada başa vurub. Ancaq Rzayevin fikrincə, belə hərəkəti heç də sabiq klubuna qarşı prinsipiallıqla bağlı olmayıb: “Mənim üçün “Olimpik-Şüvəlan”la, yaxud başqa komanda ilə görüşmək fərq etmir. Mən artıq məşqçiyəm. Futbolçu deyiləm ki, kiməsə qarşı prinsipial oynayım”.

0
0