Nazənin Azərbaycan futbolçularına qarşı - FOTO
20.10.2009 - 23:07
Qadın futbolçular arasında dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan İsveç yığmasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, oktyabrın 24-də keçiriləcək qarşılaşmaya hazırlaşan skandinaviyalıların baş məşqçisi Tomas Dennerbyu ötən həftə açıqladığı heyətə əl gəzdirib. O, millinin hazırlıqlarında zədələnən Kosovare Asillani və Şarlotta Rohlini heyətdən çıxarmağa məcbur olub. Sonuncunun əvəzinə heç kimə dəvət göndərməyən mütəxəssis Kosovareni 22 yaşlı Nazənin Vaseq Pənah ilə əvəzləyib. “Hammarbü”nün əslən iranlı olan hücumçusu İsveçdə “Naza” ləqəbi ilə tanınıb.
Qeyd edək ki, Dennerbyunun açıqladığı ilkin heyətdə yer alan Liza Dalkvist yalnız oktyabrın 28-də keçiriləcək Belçika ilə matçda meydana çıxacaq. Məşqçilər korpusu bu futbolçunun Bakıya səfər etməsinə ehtiyac görmür.
Qeyd edək ki, Dennerbyunun açıqladığı ilkin heyətdə yer alan Liza Dalkvist yalnız oktyabrın 28-də keçiriləcək Belçika ilə matçda meydana çıxacaq. Məşqçilər korpusu bu futbolçunun Bakıya səfər etməsinə ehtiyac görmür.
- 15 qurtarış! - Kurasao qapıçısı matçın oyunçusu seçildi
- 156 minlik ölkədən tarixi nəticə - Kurasao DÇ-da ilk xalını qazandı
- Tonali uğrunda mübarizə - "Tottenhem"dən 75 milyonluq təklif
- Kloppdan Türkiyə sözləri - “Təzyiqə dözə bilmədilər”
- Çalhanoğlunun həyat yoldaşından sərt reaksiya: "Dünən alqışlayırdınız..."
0
0