Fatih Terimin yerinə namizəd “yox” dedi
21.10.2009 - 08:44
Türkiyə futbol yığmasının baş məşqçisi postu Qus Hiddinkə rəsmən təklif olunub. Apasport.az saytının məlumatına görə, 2010-cu il dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasına rəqibi olmuş Rusiya yığmasının 62 yaşlı çalışdırıcısı bu dəvəti qəbul etməyib. Ona təklif olunan müqavilənin maddi dəyəri 7-8 milyon ABŞ dollarına bərabər olub.
Türkiyə Futbol Federasiyasının rəhbərliyi Fatih Terimin istefasından sonra baş məşqçi vəzifəsinə məhz Hiddinki ən yaxşı namizəd sayırdı. Ancaq indi təcrübəli mütəxəssisi 2010-cu il dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq üçün Sloveniyaya qarşı noyabrın 14-də və 18-də keçiriləcək pley-off oyunlarında uğurlu nəticə maraqlandırır.
Qeyd edək ki, Hiddinkin komandası ötən seçmə qrup mərhələsində yığmamızı Moskvada 2:0 hesabı ilə üstələyib, Bakıdakı görüş isə heç-heçə nəticələnib - 1:1.

- 15 qurtarış! - Kurasao qapıçısı matçın oyunçusu seçildi
- 156 minlik ölkədən tarixi nəticə - Kurasao DÇ-da ilk xalını qazandı
- Tonali uğrunda mübarizə - "Tottenhem"dən 75 milyonluq təklif
- Kloppdan Türkiyə sözləri - “Təzyiqə dözə bilmədilər”
- Çalhanoğlunun həyat yoldaşından sərt reaksiya: "Dünən alqışlayırdınız..."
0
0