FİFA-dan yeni mükafat
21.10.2009 - 08:57
FİFA-dan yeni mükafat
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) ilin ən gözəl qolu üçün mükafat təsis edib. Apasport.az saytının məlumatına görə, yeni mükafat əfsanəvi macar futbolçu Ferents Puşkaşın adını daşıyacaq. Bunu Macarıstanın paytaxtı Budapeştə səfəri zamanı FİFA prezidenti Zepp Blatter açıqlayıb. O, il ərzində ən gözəl qola imza atmış futbolçunun “Ferents Puşkaş mükafatı”na layiq görüləcəyini bildirib.

Blatter mükafatın qalibinin necə müəyyənləşdiriləcəyini də izah edib. Hər il noyabrın son 2 həftəsində FİFA-nın xüsusi komissiyası ən gözəl 10 qolu seçəcək. Daha sonra futbol həvəskarları bu qolların arasından ən yaxşısına İnternet vasitəsilə aparılacaq sorğuda səs verəcəklər. Qalib dekabrın 21-də keçiriləcək təntənəli mərasimdə mükafatlandırılacaq. Bu nominasiyada kişilərlə yanaşı, qadın futbolçular da qalib elan oluna bilər.
0