“Neftçi” rəhbərliyindən futbolçulara danışmaq qadağası!
24.10.2009 - 10:45
Uğursuzluq zolağından çıxa bilməyən “Neftçi” rəhbərliyi futbolçular qarşı sərt addım atıb. Apasport.az saytının məlumatına görə, flaqman başbilənləri oyunçularının mətbuatla ünsiyyətinə qadağa qoyub.
Bu qərar komandanın bazasının divarında asılan elanlar lövhəsində də əks olunub. Müsahibə və ya hər hansı açıqlama vermək hüququndan məhrum olan futbolçular yalnız rəhbərliyin icazəsi ilə bunu edə bilərlər. Özü də bu icazəni vermək səlahiyyəti yalnız klubun vitse-prezidenti Tahir Süleymanova məxsusdur. Komandanın baş məşqçisi Vaqif Sadıqov isə futbolçulara danışmaq icazəsi vermək səlahiyyətlərinə malik deyil.
Qeyd edək ki, Unibank Premyer Liqasında çıxış edən Azərbaycan klublarının əksəriyyətində bu tip müvəqqəti qadağalar dəfələrlə təsadüf olunub.

0
0