Şahin Diniyev Rusiya Premyer Liqasında ilk sınağından “2” aldı
24.10.2009 - 16:36
Bu gün Rusiya Premyer Liqasında növbəti turun oyunları keçirilib. Apasport.az saytının xəbərinə görə, XXVI tur azərbaycanlı azarkeşlər üçün əlamətdar olub.
Belə ki, yığmamızın sabiq çalışdırıcı Şahin Diniyev Qroznı şəhərini təmsil edən “Terek” klubunun sükanı arxasında ilk oyununa çıxıb. Onun komandası Samarada “Krılya Sovetov”un qonağı olub.
Amma həmyerlimizin debütü uğursuz alınıb. Samaralılar Vladislav İqnatyev (33-cü dəq) və Roman Adamovun (88-ci dəq) vurduğu qollarla 2:0 hesablı qələbə qazanıb.

0
0