Əsgər Abdullayev çətinlikdən danışdı
24.10.2009 - 17:52
Əsgər Abdullayev çətinlikdən danışdı
“Premyer Liqanın son üç oyunu bizim üçün çox çətin keçdi. Heyətimizdə olan bəzi futbolçular hələ tam bərpa olmayıb”. Apasport.az saytının xəbərinə görə, bunu “Olimpik-Şüvəlan”ın baş məşqçisi Əsgər Abdullayev deyib.

Unibank Premyer Liqasının VIII turunda “Muğan”la heç-heçə (0:0) bitən qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Abdullayev bildirib ki, matçın gedişində taktikanı dəyişdirib hücumların sayını artırsa da, qələbə qazana bilmədilər: “2-3 gündən bir oynamaq çox çətindir. Lakin hələ qarşıda görüşlərimiz var. "Muğan"a klubuna uğurlar arzulayıram".