Şahin Diniyev: Futbolçular özlərini çox pis göstərdilər
24.10.2009 - 23:01
“Birinci hissədə oyunumuz alınmadı. Futbolçular özlərini çox pis göstərdilər”. Apasport.az saytının xəbərinə görə, bunu “Terek” klubunun baş məşqçi əvəzi Şahin Diniyev deyib.
Rusiya çempionatının XXVI turunda Samarada yerli “Krılya Sovetov”a uduzan Qroznı təmsilçisinin çalışdırıcısı bildirib ki, komandası ilk yarı ilə müqayisədə ikinci hissədə yaxşı oynasa da, məğlubiyyətdən qaça bilməyiblər: “Fasilədən sonra futbolçularımız toparlandı və ikinci hissədə yaxşı oynadıq. Ancaq iki epizodda vəziyyətə nəzarəti itirdik və nəticədə qapımızdan top buraxaraq, uduzduq”.

0
0