Vaqif Sadıqovdan siftə
04.11.2009 - 16:07
Vaqif Sadıqovdan siftə
Bakının “Neftçi” klubu 179 gündən sonra böyük hesablı qələbə qazanıb. Apasport.az saytının məlumatına görə, cari mövsümdə ilk dəfə rəqibinə 3 və daha artıq top fərqi ilə qalib gələn flaqman bu həsrətə ölkə kubokunun 1/8 final matçında son qoyub. Vaqif Sadıqovun yetirmələri öz baş məşqçilərinə belə qələbə sevincini “Neftçi İSM”lə görüşdə bəxş ediblər.

1/8 final mərhələsinin ilk oyununda rəqibini 5:0 hesabı ilə məğlub edən “ağ-qaralar” sonuncu dəfə ötən mövsümün axırlarında böyük hesabla qalib gəlmişdilər. “Neftçi” çempionatın XXV turunun mayın 9-da keçirilən matçında “Bakılı”nı üstələmişdi - 3:0. Qələbə günündən təxminən yarım il, yəni 179 gün sonra flaqman yenə coşub.

Qeyd edək ki, “Bakılı” üzərində qələbədən sonra “Neftçi” 10 qarşılaşmaya çıxıb.