Ramiz Məmmədov: Futbolçular tapşırıqlarımı yerinə yetirdilər, amma...
04.11.2009 - 16:56
“Futbolçular verdiyim tapşırıqları yerinə yetirdilər. Ancaq təəssüf ki, qənaətbəxş nəticə qazanmaq istəyimiz alınmadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov deyib.
41 yaşlı Məmmədovun rəhbərlik etdiyi kollektiv Azərbaycan kuboku uğrunda yarışın 1/8 final mərhələsinin ilk oyununda səfərdə “Olimpik-Şüvəlan”a uduzub (0:2). Məğlubiyyətə baxmayaraq, gənc çalışdırıcı komandasının növbəti mərhələyə yüksələcəyinə inanır: “Uduzsaq da, növbəti mərhələyə çıxmaq ümidimizi itirmirik. Hər halda, kubokda mübarizə iki oyundan ibarətdir və qalib iki görüşün nəticəsinə əsasən müəyyənləşir. İnanırıq ki, Qəbələdəki cavab oyununda istədiyimiz nəticəni əldə edə biləcəyik”.
Qeyd edək ki, “Qəbələ” ölkə kubokunun son iki mövsümündə yarımfinala qədər irəliləyib.

- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0