Gözün aydın, Feliks!
04.11.2009 - 17:17
“Bakı” klubunun braziliyalı futbolçusu Feliks Felipe Almeydanın “ayağı açıldı”. Apasport.az saytının hesablamalarına görə, 23 yaşlı hücumçu Azərbaycan miqyaslı yarışlarda ilk qolunu bu gün vurub. Ölkə kubokunun 1/8 final mərhələsinin “Bakılı” ilə qarşılaşmasının 17-ci dəqiqəsində fərqlənən Feliks “Bakı”dakı qol həsrətinə də son qoyub. “Zolaqlılar”a yayda transfer olunan ucaboy hücumçu avrokubok matçlarında rəqibləri 4 dəfə cəzalandırsa da, həmin vaxtdan bəri susmuşdu. Cənubi amerikalı axırıncı dəfə Avropa Liqasının IV təsnifat mərhələsində “Bazel”lə İsveçrədəki cavab matçında qol sevinci yaşamışdı (1:5). Həmin görüş avqustun 27-də, yəni 69 gün əvvəl baş tutub. 69 günlük həsrəti bitən Felipe bu müddətdə 290 dəqiqə meydanda olub.
Bu gün 4 dəqiqə fasilə ilə dubla imza atan Feliks “Bakı”da ikinci belə uğuruna imza atıb. O, Tofiq Bəhramov adına Respublika stadionundakı ilk oyununda da dubl müəllifi olmuşdu. Braziliyalı Çempionlar Liqasının II təsnifat mərhələsində Litva “Ekranas”ı ilə görüşün qəhrəmanına çevrilmişdi. Feliks 106 gündən sonra yenə eyni stadionda iki qol vurub.

0
0