“Xəzər-Lənkəran” ölkə çempionunu darmadağın etdi
29.11.2009 - 16:07
“Xəzər-Lənkəran” ölkə çempionunu darmadağın etdi
Bu gün keçirilən 4 oyunla Unibank Premyer Liqasında XII tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun mərkəzi qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda “Bakı” və “Xəzər-Lənkəran” klubları arasında baş tutub.

Əfqan Həmzəyevin idarə etdiyi qarşılaşmada Lənkəran təmsilçisi vacib qələbə qazanıb. Mircavadovun yetirmələri ikinci hissədə vurduqları 3 cavabsız qolla son ölkə çempionunu darmadağın ediblər. 56-cı dəqiqədə hesabı açan bolqar hücumçu İvan Svetkov görüşün sonlarında daha bir qol vurmaqla, dublunu rəsmiləşdirib. Bundan az öncə isə Mario Souza “Bakı”nın qapısından ikinci topu keçirmişdi.

Yenidən ev oyunlarını Bakıxanov qəsəbəsindəki İsmət Qayıbov adına stadionda keçirən “Neftçi” bu dəfə bir xalla kifayətlənib. Flaqman az öncə baş məşqçisini dəyişən “Olimpik-Şüvəlan”ın qapısına yol tapa bilməyib. Bununla da, Nazim Süleymanov “təyyarəçilər”in sükanı arxasında debütünü 1 xalla qeyd edib.

“Standard” isə çempionatda ilk qələbəsini qazanıb. Sumqayıt təmsilçisi öz meydanında Salyanın “Muğan” komandasını minimal hesabla üstələyib.

27 noyabr

“Qarabağ” – “Turan” - 2:1
QOLLAR: Vüqar Nadirov, 61; 66 - Rəşid Həsənov, 38
Ağdam. Quzanlı qəsəbə stadionu
İlk dövrədəki oyun – 2:1

28 noyabr

“Simurq” – “Qəbələ” – 1:1

QOLLAR: Elşən Məmmədpv, 48 - Tomaş Stolpa, 85
Zaqatala. “Simurq” stadionu
İlk dövrədəki oyun – 1:2

29 noyabr

“Bakı” – “Xəzər-Lənkəran” - 0:3

QOLLAR: İvan Svetkov, 57 (pen); 90+3; Mario Souza, 90+1
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk dövrədəki oyun – 1:1

“Karvan” – “İnter” - 0:2
QOLLAR: Petar Zlatinov, 56; Robertas Poşkus, 85
Yevlax. Şəhər stadionu
İlk dövrədəki oyun – 0:1

“Neftçi” – “Olimpik-Şüvəlan” - 0:0
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
İlk dövrədəki oyun – 1:0

“Standard” – “Muğan” - 1:0
QOL:Fərid Quliyev, 5
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu
İlk dövrədəki oyun – 0:1

1

"İnter"

12

8

2

2

24-12

26

2

"Qarabağ"

12

8

2

2

12-6

26

3

"Simurq"

12

7

3

2

16-10

24

4

"Xəzər-Lənkəran"

12

6

4

2

16-6

22

5

"Qəbələ"

12

6

3

3

16-14

21

6

"Neftçi"

12

6

2

4

10-7

20

7

"Bakı"

12

5

2

5

7-10

17

8

"Olimpik-Şüvəlan"

12

3

4

5

11-15

13

9

"Turan"

12

3

2

7

15-18

11

10

"Muğan"

12

3

2

7

7-17

11

11

"Karvan"

12

1

2

9

10-19

5

12

"Standard"

12

1

2

9

9-20

5



Bombardir: Anatoli Doroş (“Olimpik-Şüvəlan”) – 6.
0