“Neftçi”nin prezidentləri: kim necə başlayır? - ARAŞDIRMA
25.12.2009 - 12:26
Unibank Premyer Liqasının XVII turunun “Simurq”la Zaqatalada keçiriləcək oyun Bakının “Neftçi” klubu üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, sabah baş tutacaq görüş flaqmanın yeni prezidenti Sadıq Sadıqovun rəhbərliyi dövründə ilk qarşılaşma kimi yadda qalacaq. Maraqlıdır, “ağ-qaralar” əvvəlki prezidentlərinin ilk görüşlərini necə keçirib? Bununla bağlı araşdırmanı zəruri saydıq.
1. Aydın İbrahimov
1988-ci ilin dekabrında yeni dönəmə start verən “Neftçi” Futbol Klubu kimi fəaliyyətə başladı. Həmin vaxt seçilən ilk prezident 1997-ci ilin iyuluna kimi “Neftçi”yə başçılıq etdi. Prezidentin “siftəsi” isə məğlubiyyətlə yadda qaldı. Düzdür, bakılılar hazırlıq matçları və daha çox yoxlama xarakteri daşıyan “Birinci dəstə kuboku”nda heç də pis oynamamışdı. Amma ilk rəsmi matç SSRİ kubokuna təsadüf etdi. 1989-cu il martın 7-də Bakının qonağı olan Minsk “Dinamo”su ölkə kubokunun 1/8 final mərhələsinin cavab matçında İbrahimovun debütünü iki cavabsız qolla qeyd etdi – 0:2.
2. Aqil Paşayev
1997-ci ilin iyulunda “Neftçi” tarixinin ən “qara” günləri idi. Kluba rəhbərlik etmək üçün gedən mübarizələr komandanın iki yerə parçalanması ilə nəticələndi. Çempionlar Liqasında Azərbaycanın ilk təmsilçisi olmağa birdən-birə iki “Neftçi” iddia edirdi. Sonda İbrahimovun komandası deyil, yeni prezidentin klubu fəaliyyətini davam etdirdi. Sələfi kimi, Paşayevin debütü də Bakıda gerçəkləşdi. İyulun 23-də keçirilən matçda Polşanın “Vidzev” klubu da Minsk təmsilçisi kimi yeni prezidentin “siftə”sini 0:2 ilə korladı.
3. Ramiz Mirzəyev
Paşayev prezident kürsüsündə 4 il əyləşdi və 2001-ci ilin iyulunda postunu tərk etdi. Yenə iyula təsadüf edən dəyişiklik Mirzəyevin də debütünü qitə kuboklarına saldı. Bu dəfə UEFA kubokunda gerçəkləşən “siftə” yenə Bakıya təsadüf etdi. Paytaxt təmsilçisinin sayca üçüncü prezidenti xələflərindən fərqli, ilk oyunda məğlubiyyətə üzülmədi. Sloveniyanın “HİT-Qoritsa” klubu ilə avqustun 9-dakı matçda flaqman qol vura bilməsə də, öz qapısını da toxunulmaz saxladı – 0:0.
4. Rövnəq Abdullayev
2004-cü il martın 13-ü “Neftçi” üçün heç də nəhs olmadı. Bakılılar tarixində ilk dəfə yeni prezidentə ilk oyunda qələbə sevinci bəxş etdi. Bir ay əvvəl bu kürsüyə əyləşən Abdullayevin klubu “Qarabağ-Azərsun”la çox vacib səfər oyununda 3:1 hesabı ilə qalib gəldi. Əvvəlki rəhbərlərinin debütündə heç qol da vura bilməyən bakılılar qonaq qismində çıxdıqları Tofiq Bəhramov adına Respublika stadionundakı bu qələbə ilə çempionluğun taleyini böyük ölçüdə həll etdi.
5. Əkbər Hacıyev
2008-ci il martın 14-də AFFA prezidenti seçilən Abdullayevi “Neftçi”də Hacıyev əvəzlədi. Artıq ertəsi gün bakılılar səfərdə “İnter”lə çox əhəmiyyətli çempionat matçına çıxırdı. Yenə Respublika stadionunda keçirilən səfər oyununda inamlı təsir bağışlayan “ağ-qaralar” bu dəfə də rəqibini iki top fərqi ilə məğlub etdi – 2:0. Bu qarşılaşma həm Hacıyevin “Neftçi”nin rəhbəri postunda, həm də alman hakimlərin Azərbaycanda ilk oyunu kimi tarixə düşdü. Xatırladaq ki, həmin görüşü Mark Simann idarə etmişdi.
6. Sadıq Sadıqov
Sabah “Neftçi” futbolçuları tarixlərinin 6-cı prezidentinin “siftə”sini qələbə ilə bəzəmək istəyəcək. Bunun üçün onlar əvvəlki rəhbərlərin debütü ilə bağlı ənənəni davam etdirməlidir. İlk 3 prezidentin ilk matçında meydan sahibi olan flaqman bu oyunlarda qola da həsrət qalıb: 1 heç-heçə, 2 məğlubiyyət. Növbəti 2 rəhbərin “siftə”sində isə bakılılar qonaq qismində meydana çıxıb və hər ikisində 2 top fərqi ilə qalib gəlib. Sadıqovun da klub rəhbəri kimi ilk görüşü səfərdə olacaq. Lakin digər iki səfərdən fərqli, paytaxt təmsilçisi Respublika stadionunda deyil, bölgədə oynayacaq. Bununla da yeni prezident debütü ölkənin bir nömrəli arenasından kənarda gerçəkləşən ilk rəhbər olacaq.

0
0