Azərbaycan milli komandasının 28 “öküz”ü - ARAŞDIRMA
30.12.2009 - 11:18
Azərbaycan milli komandasının 28 “öküz”ü - ARAŞDIRMA
Azərbaycan yığması başa çatmaqda olan 2009-cu ili 28 futbolçu ilə yola salır. Apasport.az saytının hesablamalarına görə, milli komandamızın baş məşqçisi Berti Foqts Öküz ilində bu sayda oyunçunun xidmətindən yararlanıb. Yığmamız bu il 13 oyun keçirsə də, onların hamısında meydana çıxan futbolçu olmayıb.

Oyun sayına əsasən rekordçu Mahir Şükürovla Vüqar Nadirovdur. Onlar bütün görüşlərin yalnız birində iştirak etməyib. İstənilən halda, Mahiri fərqləndirməliyik ki, bu da onun Vüqarla müqayisədə 308 dəqiqə çox meydanda olması ilə bağlıdır. Ümumiyyətlə, ili Şükürovun yığma karyerasında uğurlu saymaq olar. Hər halda, həm müdafiənin, həm də yarımmüdafiənin sağ cinahında inamla çıxış edən 27 yaşlı futbolçuya kapitan sarğısı daşımaq da etibar olundu. Bu il milli komandada ən az oyun keçirən isə Şükürovun bir vaxtlar “Xəzər-Lənkəran”da oynadığı Rahid Əmirquliyev olub. Foqts yığmaya mütəmadi çağırdığı 20 yaşlı yarımmüdafiəçiyə yalnız Finlandiya ilə Lənkərandakı rəsmi oyunun (1:2) sonlarında şans verdi.

Təbii ki, futbolçular milli komandalarında ilk növbədə öz klublarını təmsil edirlər. Bu mənada Vaqif Cavadov, Elnur Allahverdiyev, Fərhad Vəliyev, Rəşad Sadiqov, Maksim Medvedev (hamısı “Qarabağ”), Rail Məlikov, Ruslan Abışov, Elmar Baxşıyev (hamısı “Neftçi”), Samir Abbasov, Vladimir Levin, Cavid Hüseynov (hamısı “İnter”), Saşa Yunisoğlu, Fabio Luis Ramim, Cəmşid Məhərrəmov (hamısı “Bakı”), Kamran Ağayev, Rahid Əmirquliyev (hər ikisi “Xəzər-Lənkəran”), Ernani Pereyra (“Karvan”), Branimir Subaşiç (“Çanqçun Yatay”), Tural Cəlilov (“Simurq”), Aqil Nəbiyev (“Olimpik-Şüvəlan”) bu il bir klubun futbolçusu kimi çıxış etdi.

Mahir Şükürov (əvvəl “Olimpik”, sonra “İnter”), Vüqar Nadirov (əvvəl “Karvan”, sonra “Qarabağ”), Elvin Məmmədov (əvvəl “İnter”, sonra “Qarabağ”), Daniel Axtyamov (əvvəl “Minsk”, sonra “Simurq”), Leandro Qomeş (əvvəl “Olimpik”, sonra “Karvan”), Rəşad Sadıqov (əvvəl “Kocaelispor”, sonra “Qarabağ”) 2009-da milli komandaya iki klubun oyunçusu kimi gəldi. Zeynal Zeynalov bu il “Standard”ın şərəfini qorusa da, fevralda yığmamızın oyunları zamanı klubsuz idi. Ən unikal göstərici isə Aleksandr Çertoqanova məxsusdur. Belə ki, 29 yaşlı milliləşən ukraynalı yarımmüdafiəçi bu il yığmamızda birdən-birə üç klubun – “Simurq”, “Neftçi” və “İnter”in futbolçusu kimi forma geydi.

Düzdür, Çertoqanov bu il “Neftçi”nin heyətində meydana çıxmasa da, yığmamızın iyunda üç görüşü zamanı məhz bu komandanın futbolçusu idi. Çünki həmin vaxt “Simurq”dakı icarə müddəti bitən Aleksandr müqavilə ilə məxsus olduğu “Neftçi”yə qayıtdı və az sonra “İnter”ə keçdi. Ümumiyyətlə, milli komandamızda ən çox təmsilçisi olan klub “Qarabağ” oldu.

Qeyd edək ki, bu il milli komandamızda iki futbolçu qırmızı vərəqə aldı. Özü də onların hər ikisinin – yəni Sadıqovla Abbasovun kapitan kimi belə xoşagəlməz olayla üzləşməsi təəssüf doğurur. Rəşadın yoxluğunda məhz Samir vitse-kapitan kimi sarğını daşıyırdı. Sadıqov Türkiyə yığması ilə yoldaşlıq görüşündə (0:2), Samir isə Almaniya ilə rəsmi oyunda (0:4) baş hakimin qəzəbinə tuş gəldi. Maraqlısı odur ki, hər iki halda səfər oyunlarında kapitanlarımız meydandan qovulduğu epizodlarda qapımıza penalti zərbəsi təyin edilir. Samir həm də sarı vərəqə baxımından “fərqləndi”. Yəni yığmamızın hazırkı heyətində ən yaşlı (31 yaş) futbolçu olan Samirin 5 sarı almaqla antirekorda imza atdı.

Futbolçu

Oyun

Dəqiqə

Qol

Vərəqə

Qırmızı

1. Mahir Şükürov (1982)

12

990

0

3

0

2. Vüqar Nadirov (1987)

12

682

0

1

0

3. Vaqif Cavadov (1989)

11

854

4

1

0

4. Rail Məlikov (1985)

10

811

0

2

0

5. Samir Abbasov (1978)

10

849

0

5

1

6. Aleksandr Çertoqanov (1980, Ukrayna)

9

617

0

3

0

7. Elvin Məmmədov (1988)

9

587

2

1

0

8. Vladimir Levin (1984, Ukrayna)

9

731

0

1

0

9. Cavid Hüseynov (1988)

9

364

0

0

0

10. Saşa Yunisoğlu (1985)

8

655

0

2

0

11. Daniel Axtyamov (1985, Rusiya)

7

446

0

1

0

12. Kamran Ağayev (1986)

7

630

-10

0

0

13. Elnur Allahverdiyev (1983)

6

540

0

2

0

14. Fabio Luis Ramim (1982, Braziliya)

6

354

1

0

0

15. Fərhad Vəliyev (1980)

6

540

-13

0

0

16. Rəşad Sadiqov (1983)

6

390

0

1

0

17. Elmar Baxşıyev (1980)

6

360

0

0

0

18. Ernani Pereyra (1978, Braziliya)

5

248

0

1

0

19. Ruslan Abışov (1987)

5

404

1

1

0

20. Leandro Qomeş (1976, Braziliya)

5

253

0

0

0

21. Rəşad Sadıqov (1982)

5

411

0

1

1

22. Zeynal Zeynalov (1979)

4

221

0

1

0

23. Branimir Subaşiç (1982, Serbiya)

4

142

0

0

0

24. Maksim Medvedev (1989)

3

252

0

1

0

25. Tural Cəlilov (1986)

3

140

0

0

0

26. Aqil Nəbiyev (1982)

3

114

0

0

0

27. Cəmşid Məhərrəmov (1983)

3

200

0

0

0

28. Rahid Əmirquliyev (1989)

1

16

0

0

0