“Barselona”nın “Kamp Nou”ya qayıdış tarixi açıqlanıb
17.11.2025 - 22:34
“Barselona”nın yenidənqurma işləri aparılan “Kamp Nou”ya qayıdacağı tarix müəyyənləşib.
Apasport.az xəbər verir ki, İspaniya çempionu 22 noyabr tarixində doğma arenasına dönəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspaniya La Liqasının XIII turunda “Atletik”lə qarşılaşma “Kamp Nou”da keçiriləcək. İlkin mərhələdə stadiona 45 min azarkeş buraxılacaq.
Qeyd edək ki, 2023-cü ildən “Kamp Nou”da yenidənqurma işləri aparılır və komanda bu müddət ərzində ev oyunlarını “Olimpik Lyuis Kompanis” stadionunda keçirib.
- Buaddi: “Mərakeşi seçdiyimə görə zərrə qədər peşman deyiləm”
- “Qalatasaray” fransalı futbolçu ilə razılaşdı - 27 milyon avroluq paket
- "Fənərbaxça" rəsmisi “Qalatasaray” nümayəndəsinin əlini sıxmadı - VİDEO
- "Arsenal"da yeni qapıçı - RƏSMİ
- "Turan Tovuz"dan ayrıldı, Rusiyaya qayıtdı - Samokun yeni klubu bəlli oldu
0
0