Soltanov “Bakı”nı biabır olmağa qoymadı - YENİLƏNİB
09.01.2010 - 21:38
Soltanov “Bakı”nı biabır olmağa qoymadı - YENİLƏNİB
Antalyada təlim-məşq toplantısını davam etdirən “Bakı” bu gün yoxlama matçında qüvvəsini sınayıb. Apasport.az saytının xəbərinə görə, paytaxtın eyniadlı komandası Türkiyənin birinci liqa təmsilçisi "Karşıyaka" ilə üz-üzə gəlib.

Bülənt Korkmazın yetirmələri meydanı heç-heçə ilə tərk edib – 1:1. Komandamızdan yeganə qolu Bəxtiyar Soltanov vurub. Azərbaycan çempionu növbəti yoldaşlıq görüşünü yanvarın 12-də keçirəcək.
0