“Karvan” daha üç futbolçu transfer etdi
09.01.2010 - 11:46
“Karvan” daha üç futbolçu transfer etdi
“Karvan” daha üç futbolçu transfer edib. Komandanın baş məşqçisi Yunis Hüseynov apasport.az saytına açıqlamasında bildirib ki, “İnter”dən müdafiəçi Şəhriyar Rəhimov, yarımmüdafiəçi Rövşən Əmiraslanov və hücumçu Xaqani Məmmədovun icarəyə götürüblər

“Hər üç futbolçu ilə bağlı danışıqlar müsbət yekunlaşıb. Onlar ikinci dövrəni icarə əsasında bizim komandada keçirəcəklər. “İnter”dən ayrılan sabiq kapitan Əliyar İsmayılovun da komandamıza keçidi gündəmdədir. Ancaq Asif Məmmədovu almaq planlarımıza daxil deyil” – deyə Hüseynov bildirib.

Qeyd edək ki, hazırlığa başlayan “Karvan” buna qədər yalnız özbək müdafiəçi Murad Hamroyevi transfer etmişdi.
0