Junivan “Turan”dan yenə kənarlaşdırıldı
09.01.2010 - 12:10
Junivan “Turan”dan yenə kənarlaşdırıldı
Tovuzun “Turan” klubu ikinci dəfə Junivan Suareslə yollarını ayırıb. Bu barədə apasport.az saytına komandanın baş məşqçisi Nizami Sadıqov məlumat verib. Çalışdırıcı braziliyalı hücumçudan razı qalmadıqlarını bildirib.

“Junivanı keçən yay “Olimpik”dən böyük ümidlərlə transfer etmişdik. O, keçmiş komandasında məhsuldar oyun göstərirdi. Ancaq Suares hücumçu olsa da, cari mövsümdə komandamızın heyətində bir qol belə vura bilmədi. Ümidlərimizi doğrultmayan braziliyalının “Turan”da oyunu alınmadı. Bu səbəbdən onu saxlamağı məqsədəuyğun saymayıb, yerinə başqa hücumçu axtaracağıq” – deyə Sadıqov vurğulayıb.

Qeyd edək ki, Junivan ölkəmizə 2005/06 mövsümündə “Turan”a gəlib. Birinci dövrənin ilk 3 oyununda 7 qol vurmaqla bir müddət çempionatının bombardiri olan Suares həmin vaxt da qış fasiləsində getmişdi.
0