“Brüssel” və Moskvanın “Torpedo” klubunun futbolçusu Bakıda
09.01.2010 - 21:00
“Brüssel” və Moskvanın “Torpedo” klubunun futbolçusu Bakıda
Bu gün təlim-məşq toplanışına start verən “Neftçi” daha bir futbolçunu baxışa dəvət edib. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, Estoniya yığmasının üzvü Vladimir Voskoboynikov komandanın bu günkü məşqlərinə qatılıb.

Voskoboynikovla yanaşı, Gürcüstan yığma komandasının futbolçusu Luka Razmadze də bakılıların düşərgəsindədir. Baş məşqçi Vaqif Sadıqov onları “Olimpik-Şüvəlan”la yoldaşlıq oyununda sınamağı nəzərdə tutur.

Qeyd edək ki, vətənində “Dila” və “Vit-Corciya” klublarının şərəfini qorumuş 27 yaşlı yarımmüdafiəçi Razmadze 2008-ci ilin sonlarından dəvət aldığı Gürcüstan milli komandasının heyətində 10 oyunda meydana çıxıb.

Ondan bir yaş kiçik olan Voskoboynikov isə “Levadia” (Tallin), “Brüssel” (Belçika), “Torpedo” (Moskva, Rusiya), “Sirianska” (İsveç), “Luç-Energiya” (Rusiya) klublarında çıxış edib. Hücumçü Estoniya millisinin heyətində keçirdiyi 24 oyunda 3 qol vurub.
0