Vaqif Cavadov “Tvente”yə yollandı
10.01.2010 - 12:27
Vaqif Cavadov “Tvente”yə yollandı
Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadov ölkəni tərk edib. Apasport.az saytının xəbərinə görə, milli komandamızın futbolçusu Hollandiyaya yollanıb. Onunla yanaşı, atası Füzuli Cavadov və “Qarabağ” klubunun icraçı direktoru Əmrah Çəlikəl də “zanbaqlar ölkəsi”nə gedib. Həmyerlimizin sabah “Tvente” ilə müqavilə bağlaması nəzərdə tutulub.
0