“Qarabağ” rəhbərliyi Fərhad Vəliyevi türk klubuna ucuz satmaq istəmir
10.01.2010 - 12:52
“Qarabağ” rəhbərliyi Fərhad Vəliyevi türk klubuna ucuz satmaq istəmir
Bank Asiya I Liqasında mübarizə edən “Çaykur Rizespor” yığmamızın qapıçısı Fərhad Vəliyevi transfer etmək istəyir. Apasport.az saytının Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu məqsədlə artıq tərəflər danışıqlar başlayıblar.

Türk həmkarlarımızın yazdığına görə, qapıçının transferinin baş tutması üçün “Qarabağ” rəhbərliyi “Çaykur Rizespor”dan 80 min dollar istəyir. Amma türklər Fərhad üçün 50 min dollar vermək fikrindədir. Bu məqsədlə rizəli məşhur iş adamı Kalkavan “Qarabağ”ı razı salmaq üçün AFFA rəhbərliyi ilə danışıqlar aparır. Bununla belə, transferin baş tutub-tutmayacağı yaxın günlərdə məlum olacaq.
0