Erməniləri məyus edən futbolçu Azərbaycana pənah gətirdi
10.01.2010 - 15:42
Erməniləri məyus edən futbolçu Azərbaycana pənah gətirdi
“Neftçi” Bakıdakı təlim-məşq toplanışını davam etdirir. Komandanın mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, baxışa daha bir futbolçu qatılıb. Bu, 1986-cı il təvəllüdlü Sergey Alekseyevdir.

Moldova “Şerif”inin (2002-2009) şərəfini qorumuş hücumçunun sonuncu klubu İsveçrənin yüksək liqasında mübarizə aparan “Arau” olub. Moldova millisinin heyətində keçirdiyi 14 oyunda 4 qol vuran Alekseyev bu toplardan birini 28.05.2008-ci ildə Ermənistan yığma komandasının qapısından keçirib. Moldova çempionatının (2005, 2006, 2007) və Superkubokunun (2004, 2007) qalibi olmuş forvard Avropa Çempionlar Liqasının 2008/09 mövsümündə meydana çıxdığı 4 oyunda 1 qol vurub.
0