AFFA “lipalaşdırma”ya görə 2 nəfəri işdən çıxardı
12.01.2010 - 12:48
AFFA “lipalaşdırma”ya görə 2 nəfəri işdən çıxardı
AFFA rəhbərliyi 19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasında (U-19) üzvləri arasında süni yaş azaltma prosesi (“lipa”) ilə bağlı aparılan araşdırmalar barədə yekun qərarını açıqlayıb. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, milli komandadan iki rəsmisi işdən azad olunub, daha bir nəfərə isə xəbərdarlıq edilib.

1. Komandanın rəisi Telman Abdullayev ilə müqavilənin müddəti artırılmasın
2. Komandanın koordinatoru Bəhruz Əsgərovla müqavilə ləğv olunsun
3. Baş məşqçi Şamil Heydərov baş məşqçi vəzifəsini müvəqqəti icra etsin
4. Komandanın inzibatçısı Aydın Məhərrəmova ciddi xəbərdarlıq elan olunsun

Qeyd edək ki, yığmamızın 6 futbolçusu - İna Boyko, Toma Besserdeçnaya, Olqa Qazıyeva, Olqa Səfərova, Natalya Suvorovtseva və Anastasiya Rəhmanova “lipalaşdırılıb”. UEFA bu oyunçuları bu ilin noyabrınadək diskvalifikasiya edib. Bundan başqa, Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində ötən il 19-24 sentyabr aralığında Bakıda keçirilmiş İspaniya - Azərbaycan, Azərbaycan - Ukrayna və Kipr - Azərbaycan oyunlarının nəticəsi ləğv olunub və hər üç matçda milli komandamıza 0:3 hesablı texniki məğlubiyyət verilib. Həmçinin, U-19 2010-cu və 2011-ci ildə keçiriləcək Avropa çempionatı oyunlarından kənarlaşdırılıb, 2011-ci ildən sonrakı növbəti 3 il sınaq dövrü kimi təyin olunub. AFFA isə 60 min avro cərimələnib.
0