Yığmamızda “lipa” tapılmasına sevinənlər də var
12.01.2010 - 14:33
Yığmamızda “lipa” tapılmasına sevinənlər də var
19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının (U-19) heyətində saxta sənədlə çıxış edən futbolçuların tapılmasını sevinclə qarşılayanlar da olub. Apasport.az saytının məlumatına görə, UEFA-nın AFFA-ya və yığmamıza tətbiq etdiyi cəzadan sonra haqları tapdalanan rəqiblərimiz seviniblər. Belə ki, Avropa çempionatının X seçmə qrupundakı oyunlarının nəticələrinin ləğv olunması və U-19-a texniki məğlubiyyət verilməsi ən çox Ukraynanın işinə yarayıb. Məhz cəzanın ardından ikinci pilləyə yüksələn ukraynalılar növbəti, elit raunda vəsiqə qazanıblar.

UEFA-nın Nəzarət-İntizam Komitəsinin qərarınadək olan turnir cədvəli

1

İspaniya

3

3

0

0

10-1

9

2

Azərbaycan

3

2

0

1

9-2

6

3

Ukrayna

3

1

0

2

2-5

3

4

Kipr

3

0

0

3

1-14

0


UEFA-nın Nəzarət-İntizam Komitəsinin qərarından sonrakı turnir cədvəli

1

İspaniya

3

3

0

0

11-1

9

2

Ukrayna

3

2

0

1

5-4

6

3

Kipr

3

1

0

2

4-6

3

4

Azərbaycan

3

0

0

3

0-9

0

0